Nazir Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Estoniya arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Həmçinin Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində rəqəmsallaşma məsələləri üzrə müzakirələrin davam etdirilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılığa gəlinib.