Nazir Rəşad Nəbiyev Estoniyada “Ülemiste City” texnoparkının rəhbərliyi ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniyaya səfər çərçivəsində Baltik regionunun aparıcı texnologiya və biznes mərkəzlərindən biri olan “Ülemiste City” texnoparkının rəhbərliyi ilə görüş keçirib.
Görüşdə Azərbaycanda texnopark fəaliyyətinin daha da genişləndirilməsi, mövcud innovasiya infrastrukturunun gücləndirilməsi və texnologiya şirkətləri üçün biznes imkanlarının artırılması məsələləri müzakirə edilib.
Estoniya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı bazarlara çıxış və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparılıb.