Nazir Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanla Dünya İqtisadi Forumu arasında mövcud əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Forumla əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb.
Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkə iqtisadiyyatının diversifikasiyası və investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq.
Görüşdə rəqəmsal transformasiya, innovasiyalar və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Potensial əməkdaşlıq sahələri haqda fikir mübadiləsi aparılıb.
Rəqəmsal transformasiyanın Azərbaycan hökuməti üçün prioritet olduğu vurğulanaraq nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər haqqında qonaqlara məlumat verilib.