Xəbər

Nazir Rəşad Nəbiyev “DP World” şirkətinin baş icraçı direktorunun müavini ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev “DP World” şirkətinin baş icraçı direktorunun müavini ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşüb.

Görüşdə limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması, “ağıllı” nəqliyyat sistemləri, dataya əsaslanan mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələləri müzakirə edilib.

Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi aparılıb.