Xəbər

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Çinin nəqliyyat naziri Li Siopen arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edilib.

İki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmiryolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində Çin tərəfi ilə əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Çinin nəqliyyat naziri ölkəmizdə COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz” və “Yaşıl ictimai nəqliyyat” mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət olunub.