Nazir Rəşad Nəbiyev Çində işgüzar səfərdədir
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə işgüzar səfər edib.
Səfər çərçivəsində nazir Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşüb.
Görüşdə Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində görülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildiriblər.