Xəbər

Nazir Rəşad Nəbiyev “Brookfield Asset Management”in baş icraçı direktoru ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev “Brookfield Asset Management”in baş icraçı direktoru ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirib.

Görüşdə nəqliyyat-logistika və liman infrastrukturu, rəqəmsal infrastruktur və data mərkəzləri sahələrində investisiya imkanları müzakirə olunub. Şirkətin qlobal tərəfdaşlıq imkanları nəzərə alınaraq, potensial birgə investisiya layihələrinin müəyyənləşdirilməsi və investisiya layihələri portfelinin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.