Nazir Rəşad Nəbiyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto ilə görüşüb.
Görüş zamanı Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Həmçinin azərbaycanlı mütəxəssislərin təşkilatda işə cəlb edilməsi məsələsinə dair fikir mübadiləsi aparılıb.