Nazir Rəşad Nəbiyev BƏƏ-nin Kibertəhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanın milli kibertəhlükəsizlik sahəsində mərkəzləşdirilmiş və inteqrasiya olunmuş yanaşma həyata keçirdiyi və bu modelin infrastrukturun qorunması, “bulud” texnologiyaları, sektorlararası davamlılıq kimi prioritetlərə əsaslandığı barədə məlumat verilib.
Bu sahədə böyük təcrübəyə malik olan Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı kibermüdafiə və avtomatlaşdırma, sertifikatlaşdırma proqramları, kibertəhlükəsizlik təlimi, insan kapitalının hazırlanması, hər iki ölkənin universitetləri arasında ikili diplom və mübadilə proqramlarının təşkili barədə müzakirə aparılıb.