Xəbər

Nazir Rəşad Nəbiyev “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışında iştirak edib

Xəbər
Nazir Rəşad Nəbiyev “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışında iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycandakı rəsmi mərkəzinin açılışında iştirak edib.

“Andersen Lab” şirkətinin işə götürdüyü gənclərlə görüş zamanı onların bilik və bacarıqlarının real layihələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə bildirilib ki, yeni mərkəz ölkəmizin İKT potensialının inkişafına dəstək verəcək, gənclərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və rəqəmsal xidmətlərin ixracına töhfə verəcək.