Xəbər

Nazir Rəşad Nəbiyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində iştirak edib

Xəbər
Nazir Rəşad Nəbiyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan panel müzakirəsində iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu və “BlackRock” tərəfindən təşkil olunan “Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur” panel müzakirəsində iştirak edib.

Panel müzakirəsində Azərbaycanın enerji potensialı, geniş fiber-optik şəbəkəsi və strateji coğrafi mövqeyinin süni intellekt və rəqəmsal infrastrukturun inkişafı üçün yaratdığı imkanlardan danışılıb. Rəqəmsal hökumət, süni intellekt, milli məlumat infrastrukturu və kibertəhlükəsizlik sahəsində görülən işlər qeyd edilərək Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilməsi hədəfi vurğulanıb.