Nazir müavini Rəhman Hümmətov Polşanın infrastruktur nazirinin müavini ilə görüşüb

Nazir müavini Rəhman Hümmətov Polşanın infrastruktur nazirinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Polşa Respublikası infrastruktur nazirinin müavini Marek Grobarczyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında nəqliyyat, o cümlədən dəmir yolu və dəniz nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

 

Həmçinin Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında nəqliyyat və logistika üzrə işçi qrupunun bu ilin sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ikinci iclası barədə fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, görüş zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Qdansk Limanı arasında əməkdaşlıq haqqında Niyyət Məktubu imzalanıb.