Xəbər

Nazir müavini Rəhman Hümmətov Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri ilə görüşüb

Xəbər
Nazir müavini Rəhman Hümmətov Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin rəhbəri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələri istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda Baltik və Xəzər dənizləri arasında yük daşımaların həyata keçirilməsi barədə danışıqlar aparılıb. Bununla bağlı uyğun marşrutların tapılması və bu marşrutlar üzərindən yüklərin daşınması məsələləri diqqətə çatdırılıb.

 

Görüş zamanı, həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, o cümlədən İKT, kibertəhlükəsizlik, “ağıllı şəhər”lər ilə bağlı gələcəkdə müvafiq əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.