Xəbər

“İnternetə qoşulma və internet infrastrukturu” üzrə İşçi Qrupunun iclası keçirilib

Xəbər
“İnternetə qoşulma və internet infrastrukturu” üzrə İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” üzrə İşçi Qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun sədrliyi ilə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

İclasda Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər” indikatorunun “İnternet” alt-indikatoru üzrə cavablandırılmış sorğu vərəqələri və qiymətləndirmə nəticələri müzakirə edilib. Belə ki, sorğunun və qiymətləndirmə cədvəllərinin doldurulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, hər bir komponent üzrə qiymətləndirmə meyarları ətrafında fikir mübadiləsi aparılıb.

İclasda İşçi Qrupunun üzvü olan dövlət qurumlarının nümayəndələri, hesabatın sorğu vərəqlərinin qiymətləndirilməsinə cəlb olunmuş əməkdaşları, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.