İnnovasiya Könüllüləri ilə görüş keçirilib

İnnovasiya Könüllüləri ilə görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Asif İsmayılov və nazirin müşaviri Rəşad Bayramov İnnovasiya Könüllüləri ilə görüşüb.

 

Onlar öz təcrübələri haqqında danışaraq uğur hekayələrini könüllülərlə bölüşüblər. Könüllülərimizə uğurlar arzulayıb, fəaliyyətləri ilə bağlı dəstəklərini ifadə ediblər.

 

Görüşdə İnnovasiya Könüllüləri qazandıqları təcrübə barədə ətraflı məlumat verib və yeni ideyalarını diqqətə çatdırıblar.

 

Sonra “İnnovasiya Könüllüləri” təşkilatının fəaliyyəti ilə bağlı hesabat sessiyası keçirilib, iştirakçılara geniş məlumat təqdim olunub.

 

Qeyd edək ki, könüllülərin nazirliyin Aparatı və qurumlarının təmsilçiləri ilə mütəmadi qaydada görüşlərinin təşkili nəzərdə tutulur.