İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yaradılan İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
İclasda 2026-cı il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər, o cümlədən sahə üzrə aktual hesab edilən yeni 31 dövlət standart layihəsi müzakirə edilib və təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb. Bu standartlara rəqəmsal texnologiyalar, elektromaqnit uzlaşması, süni intellekt, informasiya təhlükəsizliyi və sahə üzrə digər standartlar aiddir.
Həmçinin iclasda TK-05-ə üzvlüklə bağlı məsələlər müzakirə olunub.
İclasda TK-05-in üzvü olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Təhlükəsizlik Xidməti, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom” MMC, Azərkosmos və digər TK05 üzvü olan təşkilatların nümayəndələri iştirak ediblər.