Xəbər

ICPC dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Xəbər
ICPC dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi keçirilib

3 sentyabr 2025-ci il tarixində Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin bağlanış mərasimi baş tutub.

Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı, “Kibrit” MMC-nin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə 29 şagird müxtəlif dərəcəli diplom və mükafatlarla təltif olunub. Müsabiqə nəticələrinə əsasən, 12 nəfər birinci, 11 nəfər ikinci, 7 nəfər isə üçüncü yerin qalibi olub.

Qeyd edək ki, müsabiqənin 2024-cü ilin dekabr ayında keçirilən onlayn təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1-10-cu sinif şagirdlərini təmsil edən 17564 iştirakçı mübarizə aparıb. Nəticədə 667 şagird yarımfinala vəsiqə qazanıb. 2025-ci il 12 aprel tarixində keçirilən yarımfinal mərhələsində isə 418 şagird iştirak edib və onlardan 100-ü final mərhələsinə yüksəlib. 9 iyun tarixində keçirilən superfinalda isə 30 qalib müəyyən olunub.

“Bebras” müsabiqəsi şagirdlərdə alqoritmik düşüncə və riyazi məntiq bacarıqlarının inkişafına xidmət edir, onların gələcəkdə İT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmalarına təkan verir.