Fiziki infrastruktur üzrə işçi qrupun növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə işçi qrupunun cari ilin yekunlarına dair 23 dekabr 2021-ci il tarixində növbəti onlayn iclası keçirilib.
İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov iclası açıq elan edərək 2021-ci il ərzində qrupun fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə qrupun əvvəlki iclasının Protokolundakı qərarların icra vəziyyəti, 2021-ci il üçün Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrasının qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələri haqqında hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra növbəti ildə görüləcək işlər və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.