“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək
16 iyul 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclas çərçivəsində qrupda təmsil olunan qurumlar tərəfindən onların icraçısı olduqları tədbirlər üzrə 2024-cü ilin I yarımili ərzində görülmüş işlərə dair hesabatların təqdim edilməsi və aidiyyəti məsələlərin müzakirəsi nəzərdə tutulur.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın www.azranking.az internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.