“Fiziki infrastruktur” işçi qrupunun cari ilin yekunlarına dair iclası keçiriləcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun cari ilin yekunlarına dair iclası 2021-ci il 23 dekabr tarixində saat 15:00-da onlayn formada (Microsoft Teams proqramı üzərindən) keçiriləcək.
Qeyd edək ki, sözügedən işçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov rəhbərlik edir.
İclasda işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti haqqında hesabatın dinlənilməsi, Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi nəzərdə tutulur.
Müvafiq təklif vermək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.