Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı  təlim keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlim təşkil edib.

 

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, eləcə də qurumun regional bölmələrində keçirilən təlimdə Bakı şəhəri, həmçinin Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan 100-dək informatika müəllimi iştirak edib.

 

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva çıxışında uşaqların üzləşə biləcəyi kibertəhlükələr, onlarla mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edib.

 

Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadə üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələri barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.

 

Təhsil Nazirliyinin də dəstəklədiyi təlim maraqla qarşılanıb. İştirakçıların müxtəlif sualları cavablandırılıb və müvafiq tövsiyələr verilib.

 

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Zakir İbrahimov çıxışında Mərkəzdə keçirilən təlimlərdən söz açıb.

 

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci çərşənbə axşamı günü qeyd olunur.