Xəbər

Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır? – AZƏRTAC-ın məqaləsi

Xəbər
Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır? – AZƏRTAC-ın məqaləsi

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da dövlət xidmətlərinin elektronlaşdırılması və vahid platformada təqdim edilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesin əsas elementlərindən biri olan “mygov” platforması vətəndaşların dövlət xidmətlərinə çıxışını sadələşdirərək daha rahat, sürətli və şəffaf xidmət modelinin formalaşmasına töhfə verir.

Bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısı dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsinin vacibliyinə toxunub. Prezident İlham Əliyev, eyni zamanda çıxışında rəqəmsal inkişafla bağlı olan məsələlərin Azərbaycanın gələcək inkişafını böyük dərəcədə şərtləndirdiyini vurğulayıb.

AZƏRTAC-ın məqaləsini təqdim edirik.