Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Arif Əhməd oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 17 aprel 2020-ci il tarixli müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Arif Məmmədov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorudur.