Çinlə dəmiryolu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə işgüzar səfəri çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşüb.
Görüşdə iki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275% artdığı qeyd edilib.
Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirib.