Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın  “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

Sentyabrın 2-də Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun video-konfrans formatında iclası keçirilib. Toplantıya işçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov sədrlik edib.

 

İclasda Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Kommunal xidmətlər: internetə qoşulma və internet infrastrukturu” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə ətraflı məlumat verilib. Yol Xəritəsi layihəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyindən daxil olmuş əlavə qeydlərə dair məlumat və təkliflər dinlənilib, suallar cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə edilib.

 

İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: internetə qoşulma və internet infrastrukturu” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihəsinin qısa müddət ərzində müvafiq qaydada razılaşdırılaraq təsdiq edilməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab olunub. İşçi qrupun rəhbəri bu platformanın yaratdığı imkanlardan istifadənin səmərəli olması üçün sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd edib.