Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüş keçirilib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinə səfər çərçivəsində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşüb.
Görüş zamanı Azərbaycanın 2025 – 2026-cı illər üçün BNF-yə prezidentliyi məsələləri, bu istiqamətdə prioritetlər və təşkilatla əməkdaşlıq müzakirə olunub.
Həmçinin ölkəmizdə COP29 çərçivəsində keçiriləcək “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü ilə əlaqədar müvafiq işlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.