Xəbər

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti Milli Aviasiya Akademiyasında mühazirə ilə çıxış edib

Xəbər
Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti Milli Aviasiya Akademiyasında mühazirə ilə çıxış edib

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano 7-9 iyunda Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində 8 iyun tarixində Salvatore Şikitano “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasını ziyarət edib və tələbələr qarşısında maraqlı mühazirə ilə çıxış edib. Həmçinin ali qonaq Akademiyanın rəhbərliyi ilə görüşüb, təhsil müəssisəsində yaradılan şərait və Pilotların Təlim Mərkəzi ilə tanış olub.

Eyni gündə ICAO Şurasının prezidenti “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub. Qonağa Azərbaycan Respublikasının aeronaviqasiya sisteminin gələcək inkişaf planları barədə ətraflı məlumat verilib.

Səfər zamanı Salvatore Şikitanonu ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo və Dövlət Mülki Aviasiya Agentliyinin rəhbər heyəti müşayiət edir.

Xatırladaq ki, səfər çərçivəsində ICAO Şurasının prezidenti Salvatore Şikitano iyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb. Görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.