Xəbər

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən uçuşların təhlükəsizliyinə dair seminar keçirilir

Xəbər
Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən uçuşların təhlükəsizliyinə dair seminar keçirilir

16-20 oktyabr tarixlərində Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən uçuşların təhlükəsizliyinə dair “Təhlükəsizlik məlumatı və təhlükəsizlik göstəricilərinin idarə edilməsi” mövzusunda seminar keçirilir.

Bununla da Azərbaycan növbəti dəfə aviasiya sahəsi üzrə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir.

Seminarda milli aviasiya mütəxəssisləri də daxil olmaqla 16 dövlətdən, həmçinin “Boeing” aviaşirkətindən nümayəndələr iştirak edirlər.

Açılışda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndələri iştirakçılara nəqliyyat sektorunda həyata keçirilən müasir layihələr, milli aviasiyamızın inkişaf istiqamətləri və beynəlxalq öhdəlikləri barədə məlumat veriblər. Bildiriblər ki, seminarın nəticələri beynəlxalq mülki aviasiyada uçuşların təhlükəsizliyinə, o cümlədən respublikamızda Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Proqramının inkişafına töhfə verəcək.

Seminarda “ICAO”-nun Monreal Baş Qərargahından uçuşların təhlükəsizliyi üzrə ekspert Ruviana Zimmerman və Paris Ofisindən Arkadi Merkulov məruzəçi və panel iştirakçısı qismində iştirak ediblər.