Xəbər

“Aztelekom” MMC Şamaxı rayonunu yüksəksürətli internetlə təmin edir

Xəbər
“Aztelekom” MMC Şamaxı rayonunu yüksəksürətli internetlə təmin edir

“Aztelekom” MMC Şamaxı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 81%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Rayonun Yeni Muğanlı, Muğanlı, Meysəri, Qurdtəpə, Ərçiman, Böyük Xınıslı, Əngəxaran, Qaleybuğurd, Laləzar, Məlikçobanlı, Çaylı, Mədrəsə, Şərədil, Sis, Göylər, Çarhan, Dağ Bağırlı, Yenikənd, Avaxıl, Günəşli, Qaravəlli, Dəmirçi, Səfalı, Şirvan, Nüydü, Adnalı, Sabirli, Quşçu, Kərkənc, Mirikənd və Məlcək kəndlərində, Şəhriyar, Sabir və Yusif Məmmədəliyev qəsəbələrində və Şamaxı şəhərində fiber-optik şəbəkə qurulub. Abunəçilər müvafiq xidmətlərdən yararlanırlar və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Şamaxı rayonu, Heydər Əliyev 21), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2017-2023-cü illərdə Azərbaycanda ümumilikdə 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 66%-ni təşkil edir.