Xəbər

“Aztelekom” MMC Balakən rayonunu yüksəksürətli internetlə təmin edir

Xəbər
“Aztelekom” MMC Balakən rayonunu yüksəksürətli internetlə təmin edir

“Aztelekom” MMC Balakən rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 96%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Rayon mərkəzi ilə yanaşı, bütün kəndlərdə də şəbəkənin tikintisi tam olaraq başa çatdırılıb və vətəndaşların genişzolaqlı internet xidmətlərindən istifadəsi təmin edilib. Yeni qoşulmalar davam etdirilir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Balakən şəhəri, Məmməd Əsədov küç. 5), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2017-2023-cü illərdə Azərbaycanda ümumilikdə 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 66%-ni təşkil edir.