Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanı Sazişi üzrə müzakirələr aparılır

Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanı Sazişi üzrə  müzakirələr aparılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Brüssel şəhərində Aviasiyaya dair texniki seminarda iştirak edir. Seminar Avropa İttifaqının Mobillik və Nəqliyyat üzrə baş direktoru Henrik Hololeyin cari ilin fevral ayında ölkəmizə səfəri çərçivəsində baş tutan görüşlərin davamı olaraq təşkil edilib. Mayın 8-də isə Aviasiyaya dair ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Keçirilən görüş və tədbir Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanı Sazişi üzrə danışıqların növbəti raunduna və sonrakı mərhələlərə dair müzakirələrin aparılması məqsədi daşıyır.

 

Qeyd edək ki, tədbirlərdə nazirliyin Mülki aviasiya və Bynəlxalq təşkilatlarla iş sektorları, Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin "Azeraeronaviqasiya" Hava Hərəkəti idarəsinin nümayəndələri təmsil olunurlar.