Azərbaycan BNF-nin Nəqliyyat Tədqiqat Komitəsinin iclasında təmsil olunub
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin növbədənkənar iclasında təmsil olunub. Onlayn formatda keçirilən tədbirin əsas məqsədi 2027-ci il üçün Ölkəyə Xas Siyasət Təhlili (Country Specific Policy Analysis – CSPA) layihələri üzrə təkliflərin müzakirəsi, onların BNF-nin fəaliyyət istiqamətlərinə uyğunluğunun qiymətləndirilməsi, eləcə də prioritet layihələrin müəyyənləşdirilməsi olub.
Müzakirələr Azərbaycanın 2025 – 2026-cı illərdə BNF-yə sədrliyi dövründə qəbul edilən yeni CSPA təsdiq prosesi əsasında aparılıb. Bu yanaşma layihələrin daha sistemli qiymətləndirilməsinə şərait yaradır.
İclas çərçivəsində 2027-ci il üçün potensial CSPA layihələri müzakirə edilib. Təkliflər daha sonra Nəqliyyat Tədqiqat Komitəsində nəzərdən keçirilib.
RİNN-in BNF-yə uzunmüddətli ezam olunan nümayəndəsi, BNF Nəqliyyat Tədqiqat Komitəsinin üzvü Əliş İsmayılov çıxışında təqdim edilən layihələrlə bağlı təkliflərini irəli sürüb.
Azərbaycan BNF çərçivəsində nəqliyyat sahəsində beynəlxalq tədqiqat və siyasət dialoqunda fəal iştirak edir. Ölkəmizin 2025 – 2026-cı illərdə BNF-yə sədrliyi dövründə Forumun tədqiqat fəaliyyətinin və üzv ölkələrlə əməkdaşlığın daha sistemli qurulması ilə bağlı mühüm təşəbbüslər irəli sürülüb. CSPA layihələrinin seçilməsi və təsdiqi üzrə yeni strukturlaşdırılmış prosesin yaradılması da bu istiqamətdə atılan addımlardan biridir.