“Avrasiyada GovTech sənayesi” onlayn paneli keçirilib

“Avrasiyada GovTech sənayesi” onlayn paneli keçirilib

“StrategEast” strateji mərkəzinin təşkilatçılığı ilə “GovTech Industry in Eurasia” (Avrasiyada GovTech sənayesi) adlı onlayn panel keçirilib.

 

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təmsil edib.

 

Paneldə “GovTech” həllərini həyata keçirmək üçün yerli və beynəlxalq texnologiya şirkətlərinin əməkdaşlığı, bu həllərin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi müzakirə predmeti olub.

 

Həmçinin, Avrasiya bölgəsi üçün vahid həllərin yaradılması imkanları, bu sahədə maarifləndirmənin əhəmiyyəti və digər məsələlər üzrə müzakirə aparılıb.