Astaraçay üzərində avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

Astaraçay üzərində avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

Bu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

 

Sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.