Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilərin II turu keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibinin tam formalaşdırılması məqsədilə 16 iyun 2021-ci il tarixində nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında seçkilərin II turu keçirilib.
Seçkidə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 102 təmsilçisindən 95-i seçici qismində iştirak edib.
Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 95 seçki bülletenindən 10-u etibarsız sayılıb.
Səsvermədə ən çox səs toplamış 8 namizəd İctimai Şuranın tərkibindəki boş yerlərə seçilib.
Beləliklə, seşkilərin ilk turunda İctimai Şuranın tərkibinə seçilmiş iki namizəd də nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın 10 nəfərdən ibarət tam tərkibi aşağıdakı kimi formalaşdırılıb:
Abasbəyli Siruz Hüseyn oğlu – “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri, sabiq rabitə naziri;
Eyyubov Fərhad Çinar oğlu – “Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya” İctimai Birliyinin üzvü, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi;
Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü;
Pərdəşünas Fərid Bayram oğlu – Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb. “Elektron Sosial Aktivlik Sistemi Könüllüləri” İctimai Birliyinin üzvü;
Kazımov Fərid Fərman oğlu – “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin icraçı direktoru;
Qurbanov Qalib İslam oğlu – “Azərbaycan İnternet Cəmiyyəti”nin sədri;
Muradov Elməddin Nadir oğlu – “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri;
Nəbiyev Qalib Təsim oğlu – “Sosial-İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri;
Osman Gündüz Mehdi oğlu – “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin direktoru;
Məhərrəmova Elnarə Aşır qızı – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri.