Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası üzrə görüş keçirilib
Avqustun 27-29-da Bakı şəhərində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.