Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqləndi. Nələr gözlənilir?
Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib.