Xəbərlər

Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər.

Xəbər

Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.

Xəbər

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. Təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib.

Xəbər

Azərbaycan nümayəndə heyəti Şanxayda “ByteDance”in illik “FORCE” beynəlxalq konfransında iştirak edib

18-19 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasının təşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbirində iştirak ediblər.

Xəbər