Xəbərlər

MHM-in əməkdaşı bilyard üzrə dünya ikincisi oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyardın "sərbəst piramida" növü üzrə keçirilən Dünya Çempionatında ikinci yerə layiq görülüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir

Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir. Ölkəmizin nümayəndə heyəti Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib.