Texnopark rezidentliyi çərçivəsində iri beynəlxalq İKT şirkətləri Azərbaycana maraq göstərməyə başlayır
20 iyunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.