Xəbər

WUF13-lə əlaqədar telekommunikasiya xidmətlərinin təmin edilməsi ilə bağlı son vəziyyət müzakirə edilib

Xəbər
WUF13-lə əlaqədar telekommunikasiya xidmətlərinin təmin edilməsi ilə bağlı son vəziyyət müzakirə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək on üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib.

Tədbirin telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.