“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrdə birinci yeri tutan komandalar mükafatlandırılıb
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən müsabiqələrdə birinci yeri tutan komandalar açıqlanıb.
Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı, professor Əziz Səncər təqdim ediblər.
“Aqrar texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “BlizzardTS”, C kateqoriyası üzrə Pekin Texnologiya İnstitutunun “Deltask” komandası qalib olub.
“Yaşıl texnologiyalar” müsabiqəsinin A kateqoriyası üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines”, B kateqoriyası üzrə Bakı Ali Neft Məktəbinin “Atəşgah”, C kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “MakerTronika” komandası 1-ci yeri tutub.
“Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə ADA Universitetinin “FingerTalk”, C kateqoriyası üzrə Qərbi Kaspi Universitetinin “DEC” komandası ilk yeri qazanıb.
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsində Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası qalib olub.
“Baku Skills” müsabiqəsində A kateqoriyası üzrə Texniki liseylərin “DN4”, B kateqoriyası üzrə Bakı Mühəndislik Universitetinin “RED” komandası qalib olub.
“Robotexnika” müsabiqəsinin A kateqoriyası üzrə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Baku Strak”, B kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “MECHANİCS” komandası birinci yeri tutub.
“Take Off Baku” Startap Sammitinin müsabiqəsi üzrə ABŞ-ın “Recepta” komandası, “Smart Qarabağ” Hakatonunda Elektron Hökumətin İnkişafı Mərkəzinin “Safe Karabakh” komandası qalib olub.
“Pilotsuz Uçuş Aparatları” və “Planer” müsabiqələrinin B kateqoriyası üzrə birinci yeri Milli Aviasiya Akademiyasının “MockingJay” komandası qazanıb.