Sərhədyanı ərazilərdə yayımların tənzimlənməsinin müzakirəsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri Bakıya gəlib

Sərhədyanı ərazilərdə yayımların tənzimlənməsinin müzakirəsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqının mütəxəssisləri Bakıya gəlib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, eləcə də mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğun tənzimlənməsi məsələləri ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri ölkəmizə səfərə gəlib.

 

Bir həftəlik ekspert missiyasının əsas məqsədi BTİ-nin ekspertlərinin ölkənin efir məkanına müdaxilələrlə tanış edilməsi və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə nəzərə alınaraq həlli yollarının birgə müəyyənləşdirilməsidir.

 

Ekspertlər 28 iyunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla görüş keçirib.

 

Səfər çərçivəsində BTİ ekspertlərinin nazirliklə yanaşı, onun tabeli qurumları olan Dövlət Radiotezliklər İdarəsinin, “Radio-Televiziya Yayımı və Peyk Yayımı” İstehsalat Birliyinin, Azərkosmosun, həmçinin mobil rabitə operatorlarının mütəxəssisləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.