Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib
Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutan tədbir çərçivəsində Agentliyin tərəfdaşları olan “Mars Academy” və “Azərrobot” tərəfindən robotexnika, proqramlaşdırma və rəqəmsal incəsənət sahələrinə dair maraqlı təlimlər təşkil olunub.
Təlim proqramından sonra şəhidlərimizin yadigarları vətənpərvərlik mövzusunda mahnılar ifa edib və maraqlı səhnəcik nümayiş etdiriblər.
Həmçinin 35 şəhid övladının rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.
Tədbirin sonunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Mars Academy” və “Azərrobot” tərəfindən şəhid övladlarına xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, tədbirə iaşə dəstəyini “McDonald’s Azərbaycan” göstərib.