RİNN, AZCON Holding və “Microsoft Ireland Operations Limited” arasında Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və “Microsoft Ireland Operations Limited” şirkəti arasında Azərbaycanın rəqəmsal iqtisadiyyatının və elektron hökumətin inkişafına dəstək məqsədilə əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində süni intellekt, “bulud” texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və innovativ həllərin tətbiqi üzrə birgə təşəbbüslərin imkanları nəzərdən keçiriləcək.
Memorandum gələcək əməkdaşlıq üçün ümumi çərçivə müəyyən edir və konkret layihələrin şərtlərinin növbəti mərhələdə tərəflər arasında razılaşdırılmasını nəzərdə tutur.