Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə tədbirlər keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (Teleradio İB) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlərdən söz açıblar.
YAP-ın ölkəmizin davamlı inkişafında, ictimai-siyasi həyatında və dövlət quruculuğunda əhəmiyyətli rol oynadığı vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.