Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Anım Gününü qeyd edib

Xəbər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Anım Gününü qeyd edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.

Xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ermənistanın ölkəmizə növbəti təcavüzünün qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücuma başlayıb. 44 gün davam edən və Vətən müharibəsi adlandırılan bu savaş Azərbaycan Silahlı Qüvvələrinin gücünü həm düşmənə, həm də bütün dünyaya göstərib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusu məhv edilərək ölkənin ərazi bütövlüyü, tarixi ədalət və beynəlxalq hüquq bərpa olunub.