Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda vətəndaşın RİNN üzrə 15 iyul 2026-cı il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün ümumi müsahibə üzrə müsahibənin nəticəsi ilə bağlı müraciətinə baxılıb.
İclasda vətəndaş dinlənilib, müraciət hərtərəfli araşdırılıb və müzakirə edilib.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.