Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda RİNN üzrə 13 yanvar 2023-cü il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibənin nəticəsi ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Vətəndaşların iştirakı ilə keçirilən iclasda vətəndaşlar dinlənilib, müraciətlər hərtərəfli araşdırılıb və müzakirə olunub.
Sonda Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.