Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunub.
Nazirlik və tabeli qurumların əməkdaşları könüllü donorluq edərək qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə töhfə veriblər.